Nəzərova Aynur Xalid-Paşa qız

Aynur Xalid-Paşa qızı Nəzərova 1977-ci il sentyabr ayının 24-də Bakı şəhərində anadan olmuşdur. 1984-1994-cü illərdə Bakı şəhəri, Binəqədi rayonunun 267 saylı tam orta məktəbində təhsil almış və oranı müvəffəqiyyətlə bitirmişdir.

 

1995-ci ildə M.F.Axundov adına  Azəqbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun “Filologiya” şöbəsinə daxil olmuş, 1999-cu ildə oranı həmin ixtisas üzrə fərqlənmə diplomu ilə bitirmişdir.

 

1999-2001-ci illərdə Bakı Slavyan Universitetinin “Dilşünaslıq” ixtisası üzrə magistratura şöbəsində təhsil almışdır.

 

2002-ci ildə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun “Azərbaycan dili və Ədəbiyyat” fakültəsinə daxil olmuş və  2003-cü ildə oranı həmin ixtisas üzrə əla qiymətlərlə bitirmişdir.

 

Əmək fəaliyyətinə Müasir Təhsil Kompleksində 01 sentyabr 2003-cü ildən 1 ay sınaq müddətilə başlamış və bir tədris ili (2003-2004) həmin məktəbdə təşkilatçı-sinif rəhbəri vəzifəsində çalışmışdır. 01 oktyabr 2004-cü il tarixindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunda əmək fəaliyyətini davam etdirmiş, müxtəlif vəzifələrdə, o cümlədən uzun müddət “Nəşriyyat və yayım” şöbəsində, “Ümumi” şöbədə kadr üzrə mütəxəssis vəzifəsində çalışmışdır. 20 iyun 2016-cı il tarixindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi-Tədqiqat İnstitutunun “Hüquq, kadr və kargüzarlığın təşkili”şöbəsinin müdiri vəzifəsində çalışmışdır.

 

29 mart 2018-ci ildən AMEA Elm Tarixi İnstitutunda çalışır. “Tərcümə və informasiya” şöbəsinin müdiridir.

 

Ailəlidir, iki övladı var.