Muradəliyeva İnarə Çingiz qızı

Muradəliyeva İnarə Çingiz qızı 18 fevral 1970-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur.

1987-ci ildə 189 saylı orta məktəbi bitirmişdir.

Həmin ildə Azərbaycan Neft və Kimya İnstitutunun “İstehsalat proseslərinin avtomatlaşdırması” fakültəsinə daxil olmuşdur. 1992-ci ildə həmin institutun axşam bölməsini “İnformasiya-ölçmə texnikası” ixtisası üzrə bitirmişdir.

1991-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya institutuna qiyabi şöbəsinə daxil olmuşdur. 1996-cı ildə həmin institutu “Politolog, Ali və orta təhsil müəssisələrində sosial və siyasi fənnlər müəllimi” ixtisası üzrə bitirmişdir.

1987-ci ildə Azərbaycan Mərkəzi Statistika İdarəsinin Baş Hesablama Mərkəzinə “Elektrik hesablama maşınlarının operatoru” ixtisası üzrə işə daxil olmuşdur. 1989-cu ildə mühüm dövlət tapşırığı olan “Ermənistandan köçürülmüş ailələrin” anketini yerinə yetirilməsində fəal iştirak etdiyinə görə mükafatlandırılmışdır.

1990-cı ildə Bakı Sosial İdarəetmə və Politologiya institutuna laborant vəzifəsinə işə qəbul edilmişdir.

1992-ci ildə həmin institutun “Siyasi tarix” kafedrasına baş laborant vəzifəsinə keçmişdir.

1994-1996-cı illərdə eyni institutun “Sosial idarəetmə və menecment” kafedrasının kabinet müdiri vəzifəsində işləmişdir.  

2000-2006-ci illərdə Azərbaycan “Neftegazavtomat” elmi-istehsalat birliyində 3-cü dərəcəli mühəndis-programlaşdırıcı vəzifəsində işləmişdir.

2006-2012-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunda elmi işçi vəzifəsində işləmişdir.

2013-ci ildən bu günə qədər AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Elmi ekspozisiya və sərgilərin təşkili” şöbəsində elmi işçi vəzifəsində çalışır və həmin muzeyin Həmkarlar təşkilatının sədridir.

Ailəlidir, iki övladı var.