Mirzəzadə İradə Hətəm qızı

Mirzəzadə İradə Hətəm qızı 11 avqust 1964-cü ildə Azərbaycan Respublikasında Bakı şəhərində anadan оlmuşdur. 1981-ci ildə Yasamal rayonu 20-saylı orta məktəbini bitirmişdir. 1981-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) "Maşın qayırma" fakultəsinə daхil оlmuş, 1987-ci ildə təhsilini başa vurmuşdur. 2008-ci ildə Milli Elmlər Akademiyasının "Riyaziyyat və Meхanika" İnstitutunda dissertant təyin olunmuşdur.2014-cü ildə "Toksiki maddələrlə zəhərlənmələrin diaqnostika və monitorinqi üçün intellektual-informasiya sisteminin izlənməsi(dəm qazı timsalında)" mövzusunda texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiyanı müdafiə etmişdir. 14 oktyabr 2016-cı il tarixli(Protokol№21-k) qərarı ilə sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi ixtisası üzrə dosent elmi adı verilmişdir. AMEA-nın Riyaziyyat və Mexanika institutunda 1985-ci ildən böyük mühəndis, mühəndis-proqramlaşdırıcı, elmi işçi, böyük elmi işçi işləyib. 01.04.2017-ci ildən “Tətbiqi riyaziyyat” şöbəsində aparıcı elmi işçi işləyir.