ƏMİROVA ŞƏHLA TOFİQ QIZI

Əmirova Şəhla Tofiq qızı 16 iyul 1969-cu ildə Bakı şəhərində anadan olub. 1977-ci ildə Bakı şəhərində 19№-li məktəbin 1-ci sinifinə getmiş və 1987-ci ildə həmin məktəbin 10-cu sinfini bitirmişdir. 1988-ci ildə Azərbaycan Neft Kimya İnstitutuna daxil olmuş, 1994-cü ildə həmin (Azərbaycan Dövlət Neft Akademiyası) Akademiyanın “Kimya” fakültəsini “Əsas üzvi və neft-kimya sintezinin texnologiyası” mütəxəssisi kimi bitirmişdir. 1987-1991-ci illərdə Kosmik Tədqiqatlar İnstitutunun Nəzəri Problemləri Zavodunun 2№-li sexində hesablama aparatlarınının montajçısı, laborant vəzifələrində çalışıb. 1993-1994-cü illərdə Hidrometerologiya Mərkəzinin “Meteorologiya” şöbəsində I dərəcəli texnik-  meteoroloq, II dərəcəli mühəndis vəzifəsində çalışıb. 1994-cü ildən Azərbaycan Elmlər Akademiyasının Azad Həmkarlar İttifaqının İcra aparatına tam ştat iş icraçısı vəzifəsinə qəbul edilmişdir. 2004-cü ilin yanvar ayından AMEA Azad Həmkarlar İttifaqının icra aparatının sədr müavini vəzifəsinə təyin edilmişdir. 2006-cı ilin yanvar ayından AMEA Azad Həmkarlar İttifaqının icra aparatının sədr müavini vəzifəsindən İşlər müdiri vəzifəsinə keçirilmişdir. 27 fevral 2009-cu il tarixdən AMEA Azad Həmkarlar İttifaqının İşlər müdiri vəzifəsindən sədr müavini vəzifəsindən keçirilmişdir. 05 iyun 2014-cü il tarixdən AMEA Azad Həmkarlar İttifaqının sədr müavini vəzifəsindən aparat rəhbəri vəzifəsinə təyin edilmişdir və hal-hazırda həmin vəzifəni icra edir. Elmlər Akademiyasında çalışdığı vaxtdan Milli Elmlər akademiyasının ictimai həyatında yaxından iştirak edib, AHİK-in təşkil etdiyi iclas və seminarlarda fəal iştirak etmiş və sertifikatla təmin edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir.