Mikayılova Əminə Cümşüd qızı

Mikayılova Əminə Cümşüd qızı 22 fevral 1977-ci ildə Yevlax şəhərində anadan olmuşdur. 1994-cu ildə Yevlax rayonu Aran qəsəbə 1 saylı orta məktəbini bitirmiş və həmin ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika fakültəsinə daxil olmuş, 1998-ci ildə isə ADPU-nu bitirmişdir. 1998-2002-ci illərdə Aran qəsəbə orta məktəbində fizika müəllimi işləmişdir. 2002-2004-cü illərdə Sumqayıt Dövlət Universitetinin magistratura pilləsində təhsili almışdır. 2004-cu ildən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda (RPİ) çalışır. Hal-hazırda AMEA Radiasiya Problemləri İnstitutunun Təhsil Şöbəsinin rəhbəri vəzifəsində işləyir. 2018 ci ilin may ayından AMEA Radiasiya Problemləri İnstitutunun Həmkarlar Təşkilatının sədri seçilib.

Əminə Mikayılova 2007-ci ildə Radiasiya Problemləri İnstitutunun dissertantı təsdiq edilmiş və 2015-ci ildə “Azərbaycanın Mərkəzi Aran zonasının su hövzələri və torpaq örtüyündə radionuklidlərin paylanması” mövzusunda dissertasiya işini müdafiə edərək fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Əminə Mikayılova 50-dən cox elmi əsərin müəllifidir.