QASIMOV NAMİK CƏBU OĞLU

Qasımov Namik Cəbu oğlu 07 may 1961-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 1978-ci ildə Lənkəran şəhər 2 № li  orta məktəbin 10-cu sinfini bitirmişdir.  1978-1980 - ci illərdə Lənkəran Konserv kombinatında çilingər vəzifəsində işləmişdir. 1980-1982 – cillərdə hərbi xidmətdə olmuşdur. 1982-1984 -cü illərdə  Lənkəran Konserv kombinatında çilingər vəzifəsində işləmişdir.

1984-cü ildə D.Bünyatzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun “Xalq təsərrüfatının planlaşdırılması” fakültəsinə daxil olmuş, 1989-cu ildə həmin institutu bitirmişdir. 1989-1992-ci illərdə Dövlət Plan Komitəsinin zona üzrə  “Qiymətə nəzarət” idarəsində inspektor vəzifəsində işləmişdir.   

1992-1993-cü illərdə Lənkəran Şəhər İcra Hakimiyyətinin “Sənaye, nəqliyyat və rabitə “ şöbəsində təlimatçı vəzifəsində işləmişdir.1993-1994-cü illərdə “Amal” səhmdar bankında iqtisadçı vəzifəsində işləmişdir.1996-1997-ci illərdə Lənkəran “Əmək və məşğulluq” idarəsində birinci dərəcəli mütəxəssis vəzifəsində işləmişdir.2001-2015-ci illərdə Lənkəran Dövlət Universitetinin “İqtisadiyyat və idarəetmə” fakültəsində dekan müavini, müəllim vəzifəsində işləmişdir. Azərbaycan Milli Elmlər Akademiyası Lənkəran Regional Elmi mərkəzinin Həmkarlar təşkilatının sədridir.