BAXŞIYEVA YEGANƏ ÜRFAN QIZI

Yeganə Baxşıyeva Ürfan qızı 09.09.1985-ci ildə Naxçıvan MR Ordubad şəhərində anadan olub. 2006-cı ildə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsini (bakalavr), 2015-ci ildə Azərbaycan Turizm və Menecment Universitetinin Regionşünaslıq (Qafqaz üzrə) fakültəsini (magistr) bitirmişdir. 2016-2019-cu illərdə AMEA Hüquq və İnsan Haqları İnstitutunun doktorantura şöbəsində əyani təhsil alıb. 2017-ci ildən AMEA Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsində elmi işçi vəzifəsində çalışır.

2021-ci ilin fevralında İnstitutun Həmkarlar Təşkilatının sədri seçilmişdir.