ASLANOVA GÜLNARƏ MİRZƏ-BALA QIZI

 Aslanova Gülnarə Mirzə-bala qızı 1960-cı il iyulun 24-də Bakı şəhərində anadan olmuşdur.

 1967-ci ildə Bakı şəhəri 11 saylı orta məktəbə daxil olub və 1975-ci ildə bitirib, Bakı şəhəri Maliyyə-kredit texnikumuna  daxil olmuşdur. 1978-ci ildə texnikumu bitirib, qiyabi İncəsənət institutuna daxil olmuşdur. Həmin ildə “Azərbaycan film” kinostudiyasına kostümer-rekvizitor vəzifəsinə işə daxil olmuşam. 1979-cu ildə öz xahişimlə kinostudiyadan çıxmışdır. Ailə vəziyyəti ilə əlaqədar olaraq üçüncü kursdan təhsilimi yarımçıq qoymuşdur.

 1989-cu ildə “Çıraq” kooperativinə uçotçu vəzifəsinə işə düzəlmişdir. 1993-cü ildə “Çıraq” kooperativindən “Xəzri” kooperativinə keçmişdir və 2005-ci il dekabr ayının 26-dan öz xahişimlə işdən azad olmuşdur.

 2006-cı il yanvarın 5-dən AMEA Zoologiya institutuna böyük laborant vəzifəsinə işə qəbul olmuşdur. Elmi katibin köməkçisi olmuşdur. 2016-cı il noyabrın 17-dən texnik vəzifəsinə keçirilmişdir.

Bu müddət ərzində bir qrant layihəsinin “Azərbaycanda texnogen radionuklidlərin və insektisidlərin yastıcaların (Homoptera, Coccoidea) entomofaqlarına təsiri” UETM, (2014-2016 illər) icraçısı olmuşdur.

Heydər Əliyevin 90-illiyinə həsr olunmuş “AMEA Zoologiya institutu əməkdaşlarının müstəqillik illərində” elmi əsərlərinin kataloqunun, AMEA-nın 70 illiyinə həsr olunmuş “Zoologiya institutu simalarda” jurnalının texniki redaktoru və xaricdə çap olunmuş 13 məqalənin həmmüəllifi olmuşdur.

Ailəli, 2 övladı var.