BEYNƏLXALQ ƏLAQƏLƏR

 

Kiyev şəhərində Ukrayna Elmlər Akademiyasının (UEA) Həmkarlar İttifaqı ilə AMEA-nın Azad Həmkarlar İttifaqı (AHİ) arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Sənədi UEA Həmkarlar İttifaqının sədri, fəlsəfə elmləri namizədi Anatoli Şirokov və AMEA AHİ-nin sədri, professor Habil Qurbanov imzalayıblar.

İki ölkənin elmi qurumlarının həmkarlar ittifaqları arasında əlaqələrin və səmərəli əməkdaşlığın təşkilinə geniş imkanlar yaradan müqavilə 5 il müddətinə nəzərdə tutulub.

 

 

 

AHİ ilə Rusiya Elmlər Akademiyasının Həmkarlar İttifaqı arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Fevralın 2-də Moskva şəhərində Rusiya Elmlər Akademiyasının (REA) Həmkarlar İttifaqı ilə AMEA-nın Azad Həmkarlar İttifaqı (AHİ) arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Sənədi REA Həmkarlar İttifaqının sədri, professor Viktor Kalinuşkin və AHİ-nin sədri, professor Habil Qurbanov imzalayıblar.
İki ölkənin elmi qurumlarının həmkarlar ittifaqları arasında əlaqələrin və səmərəli əməkdaşlığın təşkilinə geniş imkanlar yaradan müqavilə 5 il müddətinə nəzərdə tutulub.
İmzalama mərasimində REA Həmkarlar İttifaqının sədr müavini Tatyana Roslyakova, Moskva Regional Təşkilatının sədri, professor Vladimir Yurkin və digər rəsmi şəxslər də iştirak ediblər.