Abdullayev Səyyar Həbib oğlu

Səyyar Həbib oğlu Abdullayev 1947-ci ildə Zəngəzur Mahalının (Ermənistan Respublikası) Sisiyan rayonunun Urud kəndində anadan olmuşdur. 1974-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət (indiki Bakı Dövlət) Universitetinin "Mexanika-riyaziyyat" fakültəsini bitirmişdir. 1972-ci ildə Azərbaycan Elmlər Akademiyası Kibernetika İnstitutunun nəzdindəki “Avtomatlaşdırılmış İdarəetmə Sistemləri” şöbəsinə işə qəbul edilmiş, müxtəlif təyinatlı və səviyyəli avtomatlaşdırılmış idarəetmə sistemlərinin işlənib hazırlanması məsələləri ilə məşğul olmuşdur. 1973-1984-cü illərdə müxtəlif təyinatlı informasiya sistemləri üçün proqram təminatının hazırlanması və tətbiqi məsələləri ilə məşğul olmuşdur.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Məclisinin və AMEA Azad Həmkarlar İttifaqı (AHI) Rəyasət Heyətinin üzvüdür.

1982-ci ildən İnstitutun həmkarlar təşkilatının sədr müavini, 1989-cu ildən bu günədək  həmkarlar təşkilatının sədri vəzifəsində çalışır.

2004-cü ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən Həmkarlar  İttifaqı işində və kollektiv müqavilələrin bağlanmasında, onun yerinə yetirilməsində fəal iştirakına və kollektiv müqavilənin (“ Mazut” müqaviləsinin) 100 illiyi ilə əlaqədar olaraq Fəxri Fərmanla təltif edilmişdir.

2005-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının 60-illiyi ilə əlaqədar olaraq elmi fəaliyyətdə xidmətlərinə görə Fəxri Fərmanla təltif edilmişdir.

2011-ci ildə Azərbaycan Jurnalist Həmkarlar İttifaqı tərəfindən Xalqın Nüfuzlu  Ziyalısı Fəxri Diplomuna layiq görülmüşdür.

Milli Elmlər Akademiyasının və təşkilatın ictimai-siyasi  həyatına dair sosial yönümlü bütün əhəmiyyətlitədbirlərdə fəal iştirak edərək əməkdaşların mövqeyini müdafiə edir.

İnstitutda II qrup əlillərə maaşının 25 %-i qədər əlavə əmək haqqı verilməsi və gecə növbəsində işləyənlərə əlavə əmək haqqının verilməsi qaydası əmək məcəlləsində nəzərdə tutulan qaydada  kollektiv müqavilədə nəzərə alınmış və davamlı olaraq həyata keçirilir.

Hər il davamlı olaraq bayram tədbirləri, kollektiv turist səfərləri və əməkdaşların yubiley tədbirləri  təşkil edilir. Bütün bu illərdə Səyyar müəllim özünü yaxşı bir təşkilatçı kimi göstərmişdir. O, həm İnstitutda, həm də AMEA AHİ bir çox tədbirlərin təşkilatçısı olmuşdur.

Azərbaycanda İnformatikanın təşəkkülü kitabının redaksiya heyətinin üzvlərindən biri və Azərbaycan Respublikasının müstəqillik illərində Kibernetika və İnformatika sahəsində əldə olunmuş elmi-texniki nailiyyətlər(1991-2011-ci illər) kitabının yazılmasında yaxından iştirak etmişdir.

AMEA AHİ–də mədəni-kütləvi tədbirlər komissiyasının rəhbəri, AMEA İnformasiya Texnologiyaları İnstitutunda fəaliyyət göstərən komissiyaların (Əmək intizamına nəzarət, sosial müavinətlərin təyini, əməkdaşların attestasiya edilməsi, innovativ mükafatlandırma, Beynəlxalq konfransların təşkili və s.)  və  İnstitutun Elmi Şurasının üzvüdür. Hazırda institutda şöbə müdiri vəzifəsində işləyir.