Məmmədov Məmməd İsa oğlu

Məmmədov Məmməd İsa oğlu 1952-ci il 12 yanvar tarixində Tovuz rayonunun Keşişkənd kəndində anadan olmuşdur. 1969-cu ildə A.S.Puşkin adına (Tovuz r-nu) orta məktəbi bitirmiş, ailə vəziyyəti ilə əlaqədar 1969-1970-ci illərdəM.Ə.Sabir adına sovxozda fəhlə işləmiş, 1971-1976-cı illərdə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsində təhsil almış, 1976-cı ildən hal-hazıra kimi AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda çalışır. 2015- ci ilədən “Mineral gübrələr” laboratoriyasının rəhbəridir. 1984-cü ildə dissertasiya işini müdafiə edərək kənd təsərrüfatı elmlər namizədi alimlik dərəcəsi adı almış, 2019-cu ildən isə aqrar elmlər doktorudur.

 

2021-ci ildə Rusiya Federasiyasının Sankt - Peterburq şəhərində yerləşən Ekologiya və Həyat fəaliyyətinin Təhlükəsizliyi Akademiyasının “Ekologiya” ixtisası üzrə Həqiqi üzvü seçilmişdir.

 

2009-cu   ildə   institut   HİK-nə   sədr   seçilib.   Seçildiyi   ilk   gündən institutda AR Əmək Məcəlləsinin 159 maddəsinə (xüsusi şəraitdə tətbiq edilən əmək haqqı) və AR Nazirlər Kabinetinin "Əmək şəraiti ağır, zərərli olan işlərdə və iqlim şəraitinə görə əlverişli olmasan iş yerlərində işçilərin əmək haqqına artımlar müəyyən edilməsi haqqında" 22 avqust 2002-ci il tarixli 137 saylı Qərarına əsasən Attestasiya Komissiyası yaradılmış və attestasiya keçiriləcək sənədlər müvafiq nazirliklər tərəfindən təsdiqləndirdikdən sonra 21 iyul 2009-cu il tarixdən etibarən, zərərlilik dərəcəsinə görə institut əməkdaşlarının əmək haqlarına 20% əlavələr olunması üçün böyük zəhməti olmuş və buna nail olmuşdur.

 

İnstitutda bayramı tədbirləri keçirilməsində,  çətinliyi olan əməkdaşlara maddi yardım olunmasında sanatoriyalara göndərilməsində, yubiley tədbirləri keçirməkdə, respublikanın  istirahət guşələrinə gəzintilər təşkil olunmasında çox böyük işlər görüb.