QARAVƏLİYEV ETİBAR SAYAD OĞLU

Qaravəliyev Etibar Sayad oğlu 1973-cü ildə Qazax rayonunun Əlibayramlı kəndində anadan olmuşdur. 1980-1989-cu illərdə Aslanbəyli kənd orta məktəbində təhsil almışdır. 1991-1993-cü illərdə Aslanbəyli kənd üzümçülük sovxozunun “Tikinti-təmir” briqadasında fəhlə işləmişdir. 1993-cü ildə Azərbaycan İnşaat mühəndisləri Universitetinə daxil olmuşdur. 1997-ci ildə həmin Universiteti bitirib bakalavr dərəcəsi almışdır. 1997-ci ildə yenidən həmin Universitetin magistratura pilləsinə daxil olmuş və 1999-cu ildə oranı bitirmişdir. 1999-cu ildə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə mühəndis vəzifəsi ilə işə qəbul edilmişdir. Hal-hazırda həmin Mərkəzdə şöbə müdiri vəzifəsində çalışır. 2003-2007-ci illərdə AMEA Geologiya və Geofizika İnstitunun dissertantı olmuşdur. 2008-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. 2008-2013-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “Gənc Alimlər” şurasının sədri olmuşdur. 2016-cı ildə “Geofizika, faydalı qazıntıların geofiziki axtarış üsulları” ixtisası üzrə dosent elmi adı almışdır. 38 məqalə və tezisin müəllifidir. 10 oktyabr 2019-cu il tarixindən Respublika Seysmoloji Xidmət Mərkəzinin Həmkarlar Təşkilatının sədri vəzifəsinə təyin edilmişdir.

Ailəlidir. İki övladı var.