PAŞAYEV BƏHRUZ ADİL OĞLU

Paşayev Bəhruz Adil oğlu 01 iyul 1986-cı ildə Tərtər rayonunda anadan olmuşdur. 1993-cü ildə Tərtət şəhər Əsəd Məmmədov adına 1 saylı orta məktəbinə getmiş, 2000-ci ildə Bakı Özəl Türk Litseyinin Dədə Qorqud filialının 7-ci sinfinə imtahan verərək qəbul olmuş və 2005-ci ildə oranı bitirdikdən sonar YÖS (Yabancı Öğrenci Sınavı) imtahanını verərək Türkiyənin Qazi Universitetinin İşlətmə bölümünə qəbul olmuşdur. Eyni zamanda, TQDK-nın (dövlət hesabına) Rusiya Federasiyasında dövlət universitetlərinə qəbul imtahanını müvəfiqiyyətlə vermişdir. Lakin hər iki ölkənin universietlərindən imtina edərək Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Mühəndis İqtisadiyyatı və İdarəetmə fakültəsinə qəbul olub ali təhsilinə orada başlamışdır. 2009-cu ildə “Menecment” ixtisasını bitirdikdən sonar hərbi xidmətə yollanmışdır. 2010-cu ildə hərbi xidmətini başa vurmuşdur. 2011-2013-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda İnformasiya və Telekommunikasiya şöbəsində mühəndis vəzifəsində işləmişdir. 2013-cü ildə Litva Respublikasının Vilnius Universitetinin magistr pilləsinə qəbul olmuşdur. 2015-ci ildə Universitetin Beynəlxalq Biznes İqtisadiyyatı və Menecment fakültəsinin “Menecment” ixtisasını bitirmişdir. Universiteti bitirdikən sonar 2015-ci ildən əvvəl işlədiyi müəsissədə yenidən işə başlamışdır. 2016-ci ildən rəhbərlik tərəfindən Kadrlar şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur. Hal-hazırda həmin vəzifəni icra edir.

Ailəlidir, iki övladı var.