Əliyev Eldar Yəhya oğlu

Mərkəzi Nəbatat Bağı 2000- ci ilin aprel ayında Botanika inistutundan ayrılaraq ayrı təşkilat olaraq fəaliyyətə başlamışdır. Bağın ilk həmkarlar təşkilatının sədri Əliyev Eldar Yəhya oğlu  hal-hazıra kimi bağın həmkarlar təşkilatının sədridir.

Əliyev Eldar Yəhya oğlu 1964-cü ildə fevralın 5 də Beylaqan rayonunda Günəşli qəsəbəsində anadan olmuşdur.

1985- il də Gəncə şəhərində indi ki, Aqrar Univeristetin "Aqronumluq" fakültəsinə qəbul olunmuşdur.

1990- ci il də fərqlənmə diplomu ilə bitirərək  təyinatla AMEA-nın Botanika insitutunun "Meşəçilik" laboratoriyasına kiçik elmi işçi vəzifəsinə qəbul edilmişdir. 2000-ci ildə elmlər namizədi elmi dərəcəsini almışdır. 2007-ci il də dossent diplomunu almışdır. Hal-hazırda Mərkəzi Nəbatat Bağının "Ağac və kol" bitkiləri laboratoriyasının aparıcı elmi işçisi vəzifəsində çalışaraq elmi tədqiqat işləri ilə məşğul olur.

         Həmkarlar təşkilatı olaraq əməkdaşların Bilgəh, Abşeron, Qaranquş sanatoriya və istirahət mərkəzlərində istirahət və müalicəsini təşkil etmişdir. Mədəni-kütləvi tədbirlərdən Yeni il şənliyinin, 8 Mart Beynəlxalq qadınlar bayramının, Novuruz bayramının keçirilməsi təşkil edilmişdir. Qəbələ, Quba, Nabrana ekskursiyalar olunmuşdur. Əməkdaşların tibbi sağlamlıq mərkəzlərinə göndərilməsi və maddi yardımlarla təmin edilməsi, onlara yen il şənliyinə yolka biletlərin verilməsi təmin edilmişdir.