Hacıyeva Zahidə Mirzə qızı

Hacıyeva Zahidə Mirzə qızı 1949-cu il, may ayının 28-də Oğuz (Vartaşen) rayonunun Kərimli (Vardanlı) kəndində anadan olub.  1956-cı ildə Oğuz rayonunun Kərimli kəndində 1-ci sinifə daxil olmuş, 3-cü sinifi bitirdikdən sonra ailə şəraiti ilə əlaqədar olaraq 1959-cu ildən 1965-ci ilə qədər Kürdəmir rayonunun 1 saylı orta məktəbində təhsilimi davam etdirmişdir. 1965-ci ildən ailəsi ilə birlikdə Zərdab rayonuna köçmüşdür. 10-cu sinfi isə orada - Maksim Qorki adına qəsəbədə bitirmişdir. 1967-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutuna daxil olmuş və 1973-cü ildə SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun ingilis və azərbaycan dilləri fakultəsini bitirmişdir. 1973-cü ilin oktyabr ayından Azərbaycan SSR. E.A. Əlyazmalar fondunda “Materialların ilkin və elmi-texniki işlənməsi” şöbəsində işə başlamışdır. 1982-ci ildən fonda İnstitutut adı verilmişdir. Azərbaycan M.E.A. Əlyazmalar İnstitutunun elmi işçisi vəzifəsində çalışıb. İnstitutda Həmkarlar təşkilatı 1950-ci ildən yaradılıb. 2003-cü ildən İnstitutun Həmkarlar Komitəsinin sədri vəzifəsində çalışır. Ailəlidir, iki övladı var.