Mustafa Famil Rafiz oğlu

 

Mustafa Famil Rafiz oğlu 24 noyabr 1981 ci ildə Quba şəhəri Afurca kəndində anadan olmuşdur. 1999-cu ildə Afurca kənd orta məktəbin bitirib həmin ildə də Bakı Dövlət Universitetitnin Fizika fakültəsinə daxil olmuşdur. 2003–cü ildə BDU-nun "Astrofizika" ixtisası üzrə magistraturasına daxil olmuş və 2005 – ci ildə fərqlənmə diplomu ilə bitirmişdir.

2006 –cı ildə Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının aspiranturasına daxil olmuş və həmin ildən rəsədxanada kiçik elmi işçi, 2008 –ci ildən isə elmi işçi vəzifəsində çalışır. Həmin vaxtdan etibarən Günəş və Günəş-Yer əlaqələri, Kosmik hava tədqiqatları sahəsində elmi fəaliyyətlə məşğul olmuşdur. Əsas fəaliyyət istiqaməti Günəş və Geomaqnit fəallığının bioloji sistemlərə təsiridir. Grant daxilində 2007 –ci ildə Bolqarıstan Elmlər Akademiyasının "Günəş –Yer Əlaqələri Labaratoriyasında 2 ay və 2008 –ci ildə Türkiyənin Boğaziçi Universitetinin Kandilli Rəsədxanasında 2 ay təcrübə keçmişdir. 2012 və 2015-ci illərdə isə SOLSPANET grant çərçivəsində Belçikada Leuven Kotolik Universitetində müvafiq olaraq 3 və 1 ay çalışmışdır. 21 elmi məqalənin və 23 tezisin müəllifi və ya həmmüəllifidir, 15 – dən çox beynəlxalq konfransda iştirak etmişdir. Hal-hazırda rəsədxanada elmi işçi vəzifəsində çalışır.

2007-ci ildən Amerika Geofizika İttifaqının, 2010-cu ildən Avropa Astronomiya Cəmiyyətinin, 2015-ci ildən Avropa Yer elmləri İttifaqının üzvü, 2015 –ci ildən Birləşmiş Millətlər Təşkilatının “Kosmos Həftəsi”proqramı üzrə nümayəndə seçilmişdir.

Elmi fəaliyyətlə yanaşı astronomiyanın populyarlaşdırılması ilə də məşğuldur. 2012 –ci ildən Tusi-Bohm planetariumunun direktoru və Azərbaycan Gənc Həvəskar Astronomlar Cəmiyyətinin həmtəsisçisidir.

2009-cu ildən ŞAR –nın həmkarlar təşkilatının sədri seçilmişdir.

Ailəlidir.