Hüseynov Anar Teyyub oğlu

Hüseynov Anar Teyyub oğlu 1979-cu il iyunun 24-də Beyləqan Rayonu Kəbirli kəndində anadan olmuşdur.

1986-cı ildə orta məktəbə getmiş, 1996-cı ildə məktəbi bitirmişdir. 1996-cı ildə BDU-nun biologiya fakültəsinə daxil olmuş və 2000-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir.

2000-ci ildə BDU-da “Mikrobiologiya və virusologiya” ixtisası üzrə magistr pilləsinə daxil olmuş və 2002-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. 2003-cü ildə BDU-da “Mikrobiologiya” ixtisası üzrə aspiranturaya daxil olmuş və 2006-cı ildə oranı bitirmişdir.

2006-cı ildə “Qızılağac körfəzi” mövzusunda dissertasiya işini müdafiə etmiş və biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 01 fevral 2007-ci ildən AMEA Mikrobiologiya institutunda elmi işçi, 16 may 2008-ci ildən böyük elmi işçi vəzifəsində çalışır.

28 aprel 2016-cı ildən AMEA Mikrobiologiya institutunun Həmkarlar Komitəsinə sədr təyin olunub.

Ailəlidir, 3 övladı var.