Xəbərlər
14.03.2017 - 17:00
Novruz Bayramı münasibətilə tədbir keçirildi.

14 mart 2017-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda AMEA Azad Həmkarlar İttifaqının təşkilatçılğı ilə Novruz bayramı münasibətilə şənlik keçirilib. Tədbiri giriş sözü ilə Fizika İnstitutunun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov açıb. O, bayram münasibəti ilə tədbir iştirakçılarını təbrik edib, əməkdaşlara ən xoş arzularını çatdırıb, onlara can sağlığı, şəxsi və elmi işlərində uğurlar arzu edib.

Daha sonra tədbir Azad Həmkarlar İttifaqının sədr müavini, hüquq elmləri doktoru, professor Habil Qurbanovun çıxışı ilə davam edib. O, Cavad Abdinovun təbriklərinə qoşulub, AHİ-nin adından əməkdaşları təbrik edib, onlara can sağlığı, gələcək fəaliyyətlərində uğurlar arzu edib. H.Qurbanov AMEA-nın “Zirvə” instrumental ansambılına dəvəti qəbul edib, tədbirdə iştirak etdiyinə görə minnətdarlğını bildirib.

Fizika İnstitutunun Həmkarlar Komitəsinin sədri Sitarə Bağırova da bütün təbriklərə qoşulub, ilin hər bir əməkdaşa uğurlu olmasını arzulayıb.

Tədbir AMEA-nın “Zirvə” instrumental ansambılının çıxışı ilə davam edib.