Xəbərlər
22.12.2016 - 13:00
Dekabrın 21-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının IV Məclisinin növbəti iclası keçirilib

İclasda Fizika İnstitutunun əməkdaşları, fizika üzrə fəlsəfə doktoru Xuraman Əhmədova və elmi işçi Şəhla Əliyeva əməkdə, təhsildə, ictimai fəaliyyətdə xüsusi nailiyyətlərinə görə Fəxri Diplom, nişan və “İlin peşəkar gənci” fəxri adları ilə təltif olunublar.AMEA İqtisadiyyat İnstitutunun Gənc Alimlər Şurasının sədri, i.f.d. Ramil Əliyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının qərarı ilə əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlərinə görə “İlin peşakar gənci” fəxri adı ilə təltif olunmuşdur.