Xəbərlər
05.09.2017 - 10:00
AMEA Azad Həmkarlar Ittifaqın Qurban Bayramı

Müqəddəs Qurban bayramı münasibətilə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya    İnstitutunun Həmkarlar Komitəsinin sədri Məmmədov Məmməd İsa oğlunun   təşəbbüsü və maliyyə dəstəyi ilə və Azərbaycandan kənarda yaşayan bir qrup  azərbaycanlının maliyyə dəstəyi ilə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya     İnstitutunun əməkdaşlarına, Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun 100 nəfər   əməkdaşına və Bakının 7 rayonunun (Yasamal, Səbail, Nəsimi, Xətai, Xəzər,  Nizami, Qaradağ rayonları) aztəminatlı ailələrinə (Əmək və Əhalinin Sosial   Müdafiəsi Nazirliyinin xətti ilə) ümumilikdə 26.000,00 (iyirmi altı min) manatlıq 2500 kq-a yaxın mal və qoyun əti kəsilib paylanılıb.

Eləcə də AMEA-nın Ədəbiyyat İnstitutunun Həmkarlar Komitəsi İnstitut əməkdaşlarına Qurban bayramı münasibətilə qurban payı kəsib paylamışdır.