Xəbərlər
18.03.2018 - 17:00
18 MART 2018-Cİ İL TARİXDƏ AMEA DENDROLOGİYA İNSTİTUTUNDA “NOVRUZ” BAYRAMI MÜNASIBƏTİ İLƏ NOVRUZ ŞƏNLİYİ KEÇIRİLMİŞDİR

Tədbiri giriiş sözü ilə açan AMEA Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov Azərbaycan xalqını və İnstitutut əməkdaşlarını təbrik etdi və tarixi cox qədim olan Novruzun hər bir azərbaycanlı üçün əziz bayram olduğunu bildirdi.
Daha sonara İnstitutun HİK-nin sədri, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tünzalə Zeyvəliyeva çıxışında Yurdumuza ayaq basmış xalqımızın Bahar bayramını təbrik edərək, təbiətdə, fəsillərin dəyişməsi ilə bağlı olan Novruzun təkcə bizim və ya digər xalqin bayramı deyil, bütün insanlığın, Yer üzündəki bütün canli varlıqların bayramı olduğunu qeyd etdi. Tədbirdə milli kino inciləri toplusundan səhnəciklər canlandırıldı. Milli musiqinin sədaları altında hazırlanan çıxışlar, keçəl və kosanın oyunları bayram tədbirinə daha da rəng qatdı.