Xəbərlər
28.03.2018 - 15:00
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN TAPŞIRIĞI İLƏ 2018-Cİ İLİN FEVRALIN 12-DƏN MAYIN 12-DƏK ÖLKƏ ƏHALİSİNİN TİBBİ MÜAYİNƏLƏRDƏN KEÇİRİLMƏSİ NƏZƏRDƏ TUTULUB

Bu məqsədlə, 28 mart 2018-ci il tarixində saat 09:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə institutun 6-cı mərtəbəsində əməkdaşların tibbi müayinəsi keçirildi. Qeyd edək ki, tibbi müayinələr Səhiyyə Nazirliyinin Bakı Şəhər Baş Səhiyyə İdarəsinin 16, 19 saylı poliklinikası və Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparıldı. Müayinələrlə yanaşı müalicə, məsləhət və profilaktika tədbirləri də həyata keçirildi