Xəbərlər
10.04.2018 - 14:00
MÜSABİQƏ

AMEA Azad Həmkarlar İttifaqı Rəyasət Heyəti və FRTE Bölməsinə daxil olan İnstitutların ilk həmkarlar ittifaqı təşkilatlarının dəstəyi ilə uzun müddət AMEA-nın Prezidenti olmuş görkəmli elm və ictimai xadim, elmimizin inkişafında yüksək xidmətləri olmuş akademik H.M.Abdullayuevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar elmi müsabiqə keçiriləcəkdir. Müsabiqədə FRTEB-ə daxil olan İnstitutların yaşı 35-ə qədər olan Gənc Alim və Mütəxəssislərin iştirakı nəzərdə tutulur . Müsabiqənin şərtləri aşağıdakı kimidir:
Elmi nəticələri, qrant layihələrdə iştirakı, yüksək impakt faktorlu jurnallarda məqaləsi çap olunan namizədlər barədə institutların elmi şuralarının qərarı
Namizəd haqqında təqdimat
Məlumat forması
Namizədlər haqqında məlumat AMEA FRTE Bölməsinə 1ay müddətinə təqdim edilməlidi