Xəbərlər
12.06.2018 - 15:00
AMEA-NIN İNSTİTUT VƏ TƏŞKİLATLARININ HƏMKARLAR KOMİTƏSİNİN SƏDRLƏRİNİN NƏZƏRİNƏ!

25 iyun 2018-ci il tarixindən etibarən Mərdəkanda yerləşən AMEA-nın “Elm” uşaq düşərgəsi (I növbə - 14 gün) fəaliyyətə başlayacaq. Hər bir uşağın istirahət haqqı 200 manatdır (70 manat valideyn tərəfindən, 130 manat isə institut həmkarlar komitəsinin fondundan ödənilmək şərti ilə).

Tələb olunan sənədlər:

- Doğum haqqında şəhadətnamə və ya şəxsiyyət vəsiqəsi;

- Sağlamlıq haqqında arayış.

Düşərgədə yaş həddi 6-13 arasıdır.