Xəbərlər
15.10.2020 - 14:00
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ ƏSAS BİNASI AZƏRBAYCAN BAYRAĞI ILƏ BƏZƏDİLİB

Ermənistan ordusunun təxribatlarına cavab olaraq Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında vətənimizin işğal edilmiş torpaqlarının azadlığı uğrunda aparılan hərbi əməliyyatlar və əldə olunan uğurlar hər bir vətəndaşımızda milli qürur və fəxarət hissi yaşadır.

Arxa cəbhədə xalqımızın müzəffər ordumuza yardımı, nümayiş etdirdiyi möhkəm birlik, həmrəylik və vətənə sevgi qələbəyə olan inamımızı gücləndirməkdədir.

Xalqımızın bu günlərdə yüksək vətənpərvərlik duyğularına dəstək olmaq, ordumuzla birlik nümayiş etdirmək məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının Əsas binası Azərbaycan bayrağı ilə bəzədilib.

İnanırıq ki, şanlı bayrağımız tezliklə işğaldan azad ediləcək doğma torpaqlarımızda dalğalanacaq!

Qarabağ Azərbaycandır! Qələbə bizimlədir!

 

www.science.gov.az saytına istinadən.