Xəbərlər
04.04.2014 - 16:24
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Prezident İlham Əliyev icra başçısı ilə bağlı sərəncam verib.

Ş.H.Xanbabayevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə Şəmsəddin Hüseynqulu oğlu Xanbabayev “Şərəf” ordeni ilə təltif edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti