Xəbərlər
29.06.2021 - 13:39
FƏLSƏFƏ VƏ SOSİOLOGİYA İNSTİTUTUNUN ƏMƏKDAŞLARI XAÇMAZ RAYONUNDA GƏZİNTİDƏ OLUBLAR

Fəlsəfə və Sosiologiya İnstitutunun Həmkarlar Təşkilatı 26 iyun Silahlı Qüvvələr günü münasibəti ilə Xaçmaz rayonuna bir günlük gəzinti təşkil edib. Gəzintidə 40-dan çox İnstitut əməkdaşı iştirak edib. Əməkdaşlar Ləcət kəndində şəhid ailəsinə baş çəkərək ləzgi xalqının nümayəndəsi, Qarabağ uğrunda qardaşı və bacısı oğlunu itirən Elşən Muradxanovla görüşüblər. Elşən Muradxanovun qohum ailələrə məxsus pay torpaqlarını birləşdirərərək yaratdığı ecazkar "Dəyirman" aqroturizm təsərrüfatı ilə tanış olublar. Daha sonra əməkdaşlar "Çoban bulaq" istirahət mərkəzində istirahət ediblər.