Xəbərlər
16.10.2014 - 14:38
AMEA-nın görkəmli elm xadimlərinin yubileyləri ilə əlaqədar qərar qəbul edilib

AMEA Rəyasət Heyətinin iclasında akademiklər Maqsud Əliyevin 90, Təyyar Cəfərovun 75, AMEA-nın müxbir üzvləri Ramiz Qurbanovun 80, Əli Nuriyevin isə 75 illik yubileyləri ilə əlaqədar qərar qəbul edilib.

Qərara əsasən Azərbaycan elminin inkişafındakı xidmətləri nəzərə alınaraq yubileyləri ilə əlaqədar M.Əliyev, T.Cəfərov, R.Qurbanov və Ə.Nuriyev AMEA-nın Fəxri Fərmanı ilə təltif ediliblər. Həmçinin dövlət tərəfindən yubilyarların təltif edilməsi məqsədilə müvafiq dövlət qurumları qarşısında vəsatət qaldırılması qərara alınıb.