Xəbərlər
16.07.2021 - 15:00
AMEA-NIN RİYAZİYYAT VƏ MEXANİKA İNSTİTUTUNDA QURBAN BAYRAMI MÜNASİBƏTİ İLƏ TƏDBİR KEÇİRİLİB

İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" Qanununa əsasən Qurban bayramı Azərbaycanda da dövlət səviyyəsində bayram edilir.

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda çalışan əməkdaşların, sosial rifahının yaxşılaşdırılması üçün davamlı olaraq tədbirlər həyata keçirilir. Müsəlman dünyasının müqəddəs bayramlarından olan Qurban bayramı ərəfəsində Həmkarlar Təşkilatı tərəfindən daha bir humanist addım atılıb. Aztəminatlı və əlil əməkdaşlarına RMİ-nin Həmkarlar Təşkilatı tərəfindən yardım göstərilib.

Bu bayramın əsas mahiyyəti Allah yolunda kəsilmiş qurbanlıq heyvanın ətini Allahın imkansız bəndələri ilə bölüşmək, onları sevindirmək və ayinin də əsasında, orucluqda olduğu kimi, xeyirxahlıq, paklıq və Allaha inam və sevgi durur.