Xəbərlər
19.07.2021 - 14:07
ARXEOLOGOYA VƏ ETNOQRAFİYA İNSTİTUTUNUN ƏMƏKDAŞLARI QUBA RAYONUNA GƏZİNTİSİNDƏ

    18 iyul 2021-ci il tarixində AMEA-nın Arxeologoya və Etnoqrafiya İnstitutunun bir qrup əməkdaşının Həmkarlar Təşkilatının xətti ilə Quba rayonuna bir günlük gəzintisi təşkil olundu. Avtobus səhər saat 8:00-da Akademiyanın həyətindən yola düşdü. Saat 9:00-da Siyəzəndə səhər yeməyi yeyildi. Sonra Quba rayonuna çatdıq. Əvvəl həm ixtisasımıza uyğun olaraq, həm də bir vətənpərvərlik borcu kimi soyqırım Memorialı abidəsi ziyarət edildi. Muzeyin direktoru Rəxşəndə xanım və muzeyin əməkdaşları bizi çox xoş qarşıladılar.

     Bələdçilər 1918-ci il Mart qırğınında erməni daşnaklarının Azərbaycanın digər bölgələrində olduğu kimi Quba əhalisinin başına gətirdikləri faciədən, soyqırımından ətrafli məlumat verdilər. Sonra toplu məzarlığın tapılmasından, aparılan tədqiqat işlərindən danışdılar.

     Oradan Qımılqazmaya getdik. Əməkdaşlar yaxşı əyləndilər və sonda xatirə şəkli çəkdirdilər.

     Nahar yeməyini Qəşrəşin “Vələs garden” istirahət mərkəzində etdik. İşçilər göstərilən xidmətdən məmnun oldular.

    Nahardan sonar Qəşrəş meşəsini gəzdik. Qubanın əsrarəngiz təbiətini seyr etdik. Əməkdaşlar vaxtlarını olduqca səmərəli və əyləncəli keçirdilər.

     AMEA-nın Həmkarlar Təşkilatına və xüsusən, AMEA Azad Həmkarlar İttifaqının sədri Qurbanov Habil bütün kollektivimiz adından bu tədbiri təşkil etdiklərinə və bu xoş anları bizə yaşatdıqlarına görə dərin minnətdarlığımızı bildiririk.

     Ümidvarıq ki, daha səmərəli elmi fəaliyyətimiz üçün bu cür səyahətlər davamlı olacaq.