Xəbərlər
14.09.2021 - 15:02
AMEA-NIN ƏSAS BINASI NÖVBƏTİ DƏFƏ DEZİNFEKSİYA OLUNUB

Azərbaycan Milli Elmlər Akademiyasının “Parlaq şəhər” MMC ilə bağladığı müqaviləyə əsasən 11 sentyabr 2021-ci il tarixində AMEA Azad Həmkarlar İttifaqının maliyyə dəstəyi ilə AMEA Rəyasət Heyəti və Akademiya şəhərciyində yerləşən inzibati binaların otaqları koronavirus pandemiyası əleyhinə dezinfeksiya, dezinseksiya, deratizasiya edilmişdir.

Xatırladaq ki, Covid-19 pandemiyası Azərbaycanda yayılmağa başladığı gündən bugünə kimi AMEA Rəyasət Heyəti və AMEA-nın inzibati binaları Azad Həmkarlar İttifaqının maliyyə dəstəyi və AMEA Rəyasət Heyətinin aparatı İşlər idarəsinin tabeliyində Akademiya şəhərciyinin rəhbərliyinin təşkilatçılığı ilə dezinfeksiya olunmuşdur.