Xəbərlər
27.09.2021 - 11:00
AMEA DENDROLOGİYA İNSTİTUTUN ZƏFƏR TV KANALININ ELM VƏ HƏYAT VERLİŞİNİN NÖVBƏTİ YAYIMI ANIM GÜNÜNƏ HƏSR OLUNUB

Azərbaycan xalqı ilk dəfə olaraq, 27 sentyabr tarixini möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sərəncamı ilə təsis edilmiş Şəhidlərin Anım Günü kimi qeyd edir.

Bu məqsədlə AMEA Dendrologiya İnstitutunda Anım gününə aid silsilə tədbirlərin həyata keçirilməsini nəzərdə tutmuşdur.

 

Vətən üçün yaşanılan ömürlər unudulmur...
Şəhidlər unudulmur...
Şəhidləri unutmuruq...

АMEА-nın Dendrologiya İnstitutu  İcimaiyyətlə əlaqələr şöbəsi 25.09.2021 – ci il tarixində Zəfər tv Elm və Həyat verlişinin növbəti yayımını  Anım gününə həsr edib. AMEA – nın müxbür üzvü Dendrologiya İnstitutunun direktoru Tofiq Məmmədov, AMEA Azad Həmkarlar İttifaqı Komitəsinin sədri professor Habil Qurbanov, Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, Şəhid Polkovnik leytinant Ramiz Qasımovun ailə üzvüləri, Şəhid Əsgər Novruzov Rəşadın  anası, Şəhid əsgər Məmmədzadə  Bəhram, İnam qardaşlarının atası, Qazi Zamanov Əfqan verlişin qonaqları olublar.

Verlişin rəsmi qonaqları Haqq və Şərəf işimiz olan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımızın əzm və iradə, bir yumruq kimi birləşdiyi həmrəylik  günündən bəhs ediblər.

İllərin həsrətinə qovuşan ağdam sakini professor Habil Qurbanov  işğaldan azad edildikdən sonra Ağdama səfəri zamanı yaşadığı duyğusal anlarından Azad Həmkarlar İttifaqı Komitəsinin Vətən müharibəsi zamanı xalqla cəbhə ilə birliyindən söhbət açdı.

AMEA – nın müxbür üzvü Dendrologiya İnstitutunun direktoru Tofiq Məmmədov müharibədən dərhal sonra bir qrup alim və tədqiqatçılarla  işğaldan azad olunan torpaqlara Zəngilana səfərindən,  erməni vandalizmin  təbiətə qarşı törətdikləri vəhşiliyin nəticələrini müşahitə etmək üçün aparılan monitorinqdən  və gələcəkdə həmin ərazilərdə yaşıllaşdırma bərpa işlərinin aparılacağında danışdı.

  Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev rayon üzrə Şəhid ailələri və Qazilərlə görüşündən  dövlətimizin təməli olan gənclərdə  vətənpərvər hislərinin inkişaf etdirilməsi üçün təşkilatın gələcək layihələrindən söhbət açdı.

Verlişin ikinsi hissəsində Şəhid Polkovnik leytinant Ramiz Qasımovun ailə üzvüləri, Şəhid Əsgər Novruzov Rəşadın  anası, Şəhid əsgər Məmmədzadə Bəhram, İnam qardaşlarının atası, Qazi Zamanov Əfqan Şəhidlərimiz  haqqında ürək dağlayan xatirləri bölüşüblər. Əkiz qardaş kimi tanıdığımız lakin  əkiz olamayn əkiz kimidə bir gündə Şəhid olan İnam və Bəhramın  atası tariximizin əbədi Qəhrəmanlıq salnaməsi olan bu Zəfər yüzlərlə şəhidimizin qanı ilə yazıldığını  müstəqilliyimiz, Vətənimizin ərazi bütövlüyü, namus və ləyaqətimiz uğrunda mübarizəyə qatılmış bu cəsur fədailərin Azərbaycan xalqının başını uca etdiyini vurğuladı.

 Vətənin müdafiəsinin qalibiyyət simfoniyasının yazılmasında savaşa könüllü olaraq qoşulmuş  Əfqan Zamanov Şuşa döyüşlərindən qəhrəman igidlərimizin qorxmazlıqlarından, dostların canlarını Vətən yolunda  necə qurban verdikləri anlarından bəhs etdi.

 Heç vaxt unutmayacağımız və unutdurmayacağımız bu qəhrəmanlar hər bir Azərbaycan anasının əziz övladı, xalqımızın qüruru və iftixarı oldu. Rəşadət rəmzi olan bu qəhrəmanlar bugünkü və sabahkı gəncliyin əbədi amalı və and yeri, onların uyududuqları məkan müqəddəs ziyarət yerinə çevrildi.

Verlişin sonunda Vətən uğrunda torpaqlarımızın azad olunmasında  göstərdiyi qəhrəmanlığa görə  Şəhidlərə Fəxri Fərman ailələrinə  Şəhidlərin fotoşəkiləri  və maddi yardım təqdim olunmuşdur.

 

Allah bütün Şəhidlərimizə rəhmət eləsin!