Xəbərlər
04.10.2021 - 13:00
NEFT KİMYA PROSESLƏRİ İNSTİTUTU ANIM GÜNÜ KEÇİRMİŞDİR

30 sentyabr və 1 oktyabr tarixlərində AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun Həmkarlar Təşkilatı institutun əməkdaşları ilə birlikdə Xətai rayonu ərazisində yaşayan bir qrup az təminatlı II Qarabağ döyüşlərinin iştirakçısı olmuş şəhid və qazi ailələrini ziyarət edib, onlara ərzaq yardımı veriblər.
Qeyd edək ki, az təminatlı ailələrin seçilməsi Xətai Rayonu İcra Hakimiyyətinin məsləhəti ilə olmuşdur.
Şəhidlər
Quliyev Rəşad Rəşid oğlu - Polkovnik leytenant 23.09.1983 - 2 övladı var. II Şəhidlər xiyabanı
Əsgərov Rüfət Mürvət oğlu - Mayor 28.08.1981 - 2 övladı var.(biri xəstə) II Şəhidlər xiyabanı
Kazımov Elvin Ədalət oğlu- Kapitan 03.12.1987 -1 övladı var. II Şəhidlər xiyabanı
Məmmədov Rəcəb Xalid oğlu-Əsgər 22.07.1995-Subay, Ucar Şəhidlər xiyabanı
Rüsəmov Rövşən Orxan oğlu - Əsgər 11.04.1999 – Subay,Suraxanı Dədə Qorqud
Qazilər
Vahabov Əli Rahim oğlu - Əsgər-Ayağı amputasiya olub.
Mikayılov Natiq Eldar oğlu -Əsgər -Yaralı. (Sol çiyni mildədir, ayaq barmaqlarında qəlpə var)
Hüseynov Tural İzmir oğlu-Əsgər - Yaralı.
Eyvazov Səbuhi Rahim oğlu -Əsgər-Yaralı.
Hüseynov İsmayıl Məmməd oğlu - Əsgər - Hər iki gözünü itirib.