Xəbərlər
04.11.2021 - 13:23
AMEA DENDROLOGİYA İNSTİTUTUNDA ZƏFƏR GÜNÜ İLƏ ƏLAQƏDAR TƏDBİR KEÇİRİLİB

"Əziz Şuşa, sən azadsan!

Əziz Şuşa, biz qayıtmışıq!

Əziz Şuşa, biz səni dirçəldəcəyik!

Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!"

8 noyabr 2020-ci il - Qarabağa qovuşduğumuz tarix…

8 noyabr 2020-ci il, Qarabağa qovuşduğumuz gün.

Bu Böyük Qələbə Günüdür!

Şanlı tariximizə daxil olan Zəfər günüdür!.

Qarabağ münaqişəsinə xalqımızın zəfəri ilə NİDA qoyduğu gündür.

 

AMEA Dendrologiya İnstitutunun təşkilatçılığı, Xəzər rayon İcra Hakimiyyəti və Xəzər rayon YAP ilə birgə Zəfər Günü ilə bağlı tədbir keçirilib. Tədbirdə şəhidlərimizin xatrəsi bir dəqiqəlik sukutla anılaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri Dendrologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov açaraq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulması, ölkəmizin qələbə qazanması, 8 noyabr-Zəfər günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edib. O, böyük fəxarət hissiylə qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin elan etdiyi "Qarabağ Azərbaycandır və Nida" şüarı xalqımızın müqəddəs vətən torpağı uğrunda savaşının ideya qayəsi, qələbəyə səsləyən rəhbər çağırışı oldu.

Tofiq Məmmədov çıxışında "İşğaldan azad olunmuş ərazilərdə xalqımızın tarixi, mədəni-mənəvi irsinin qorunması və yenidən dirçəldilməsi, vəhşicəsinə talan edilmiş meşələrin biomüxtəlifliyinin bərpasının qarşımızda duran taleyüklü vəzifələrdən olduğunu qeyd edib. Alim böyük tarixi qələbə münasibəti ilə bir daha başda Ali Baş Komandan olmaqla, bütün xalqımızı, o cümlədən elmi ictimaiyyəti təbrik edib, müəssisənin əməkdaşlarına bundan sonrakı fəaliyyətlərində böyük uğurlar arzulayıb.

Daha sonra Xəzər rayonu YAP-nın sədri Namiq Əhmədov çıxış edib. O, Azərbaycanın müzəffər ordusunun zəfər yürüşü, düşmənin sonadək bütün torpaqlarımızdan qovulması, Qarabağın xüsusən də xalqımızın ləyaqət və qürur simvolu Şuşanın işğaldan tam azad edilməsi, 44 gün davam edən müharibədə xalqımızın nümayiş etdirdiyi möhtəşəm səfərbərlik, dövlət başçısının ətrafında sıx birləşməsinin fəxarətindən danışdı.

Qalib ordunun əsgəri və qalib xalqın vətəndaşı olmaqdan qürurlu heç bir hiss yoxdur. Bizə qələbə sevincini yaşadan illərlə düşmən tapdağı altında olan torpaqlarımızın çağırışına canı, qanı, ruhu və bütün varlığı ilə irəliləyən igid oğullarımızla fəxr edirik. Yalnız vətən yolda canından keçməyi bacaran qəhrəmanlar yetirən xalqın şəhidi olur. Savaş meydanında əldə etdiyimiz tarixi qələbənin ardınca Azərbaycanı daha böyük gələcək, daha firəvan həyat gözləyir.

AMEA Dendrologiya İnstitutu İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdürü Tünzalə Zeyvəliyeva da çıxış edərək, qalibiyyət simvolunun rəmzinə çevrilən Zəfər günündən danışdı: “Azərbaycan xalqı öz Ali Baş Komadanı ilə həm hərbi, siyasi, beynəlxalq diplomatiya sahəsində həm də mədəni irsimizin qorunub saxlanılmasında, onun inkişaf etdirilməsində də öz layiqli sözünü deyib və deyəcəyikdir. Xalqımızın birliyi, bərabərliyi, yenilməzliyi sayəsində Azərbaycanın Ermənistan tərəfindən işğala məruz qalmış ərazilərində məhvə məhkum edilən mədəniyyət abidələrimiz, əvəzolunmaz milli sərvətimiz yenidən bərpa edildiyini Qarabağın baş tacı olan Şuşamız, öz tarixi mədəni abidələrimiz, milli mənəvi dəyərlərimizin dirçələcəyini və yenidən inkişaf etdiriləcəyini vurğuladı. Vətən-ata,- baba əmanətidir! Vətən- qəlbimizdəki ən uca zirvə olan bayrağımızdır! Vətən - Hicranın qoynunda əsir düşüb vüsalını gözləyib, 30 ildən sonra azadlığa çıxan Qarabağımızdır! Vətən- qəlbimizdəki əbədi imzadır! Yüksək vətənpərlik ruhu, yenilməz ordusu olan rəşadətli xalqımız bir daha məğlubiyyət yaşamayacaq! Azərbaycan ərazisində ikinci erməni dövləti yaradılmayacaq! Torpaqdan pay olmaz, can candan ayrılmaz! Bu gün mübarizəmizin mənası, qayəsi bütöv Azərbycandır!Azərbaycan xalqı öz liderinin, Müzəffər Ali Baş Komandanının ətrafında sıx birləşib. Qarabağda üçrəngli bayrağımız altında neçə-neçə nəsillər məsud və azad yaşayacaqdır. Vətənimizin qüruru, xalqımızın mərd, igid Şəhidləri!”

Tədbirdə Tünzalə Zeyvəliyevanın 8-10 noyabr 2021-ci il tarixlərində keçiriləcək Zəfər günü və şəhidlərin xatirəsinə həsr edilən II beynəlxalq Qarabağ – Tətbiqi Elmlər Konqresinə təqdim edilmiş “Zəfər qalib xalqın adına bir dəfə yazılır...” adlı məqaləsinin video sujeti nümayiş etdirildi.

Azərbaycan - mayası nur, qayəsi nur ki,

Hər daşından alov dilli ox ola bilər.

Azərbaycan deyiləndə ayağa dur ki,

Ana yurdun ürəyinə toxuna bilər!!!

Yaşasın Azərbaycan ordusu! Yaşasın Azərbaycan xalqı!

Yaşasın Ali Baş Komandan cənab İlham Əliyev!