Xəbərlər
05.11.2021 - 15:00
AŞQARLAR KİMYASI İNSTİTUTUNDA BAYRAM SOVQATLARI PAYLANDI

05.11.2021-ci il tarixində AMEA akad. Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda Zəfər Günü münasibətilə bayram tədbiri keçirilmişdir. Tədbirin sonunda institutun Həmkarlar Təşkilatı tərəfindən bir qrup aztəminatlı əməkdaşa bayram sovqatı təqdim edilib. Bu haqda məlumat verən Təşkilatın sədri, k.ü.f.d., dosent Elxan İsakovun sözlərinə görə bu yardım kampaniyasının növbəti bayramlar ərəfəsində də mərhələli şəkildə davam etdiriləcəyini bildirib.