Xəbərlər
01.11.2021 - 14:00
AMEA MEMARLIQ VƏ İNCƏSƏNƏT İNSTİTUTU GƏZİNTİDƏ

Azad Həmkarlar İttifaqının və Həmkarlar Təşkilatının dəstəyi ilə AMEA Memarlıq və İncəsənət İnstitutunun kollektivi üçün Şamaxı-Lahıc turu təşkil olunmuşdur. Gəzinti zamanı əməkdaşlar Şamaxı şəhərinin tarixi-memarlıq abidələrini, Lahic qəsəbəsində misgərlik emalatxanalarını, o, cümlədən Dəmirçi kəndini ziyarət etmişlər. Kollektiv istirahət gününü yüksək əhval ruhiyyə ilə keçirib və gözəl təəssüratlarla başa vurublar.