Xəbərlər
10.11.2021 - 14:33
II BEYNƏLXALQ QARABAĞ TƏTBİQİ ELMLƏR KONQRESİ “ZƏFƏR YALNIZ QALİB XALQIN ADINA BİRDƏFƏLİK YAZILIR..”

8 noyabr 2020-ci il - Qarabağa qovuşduğumuz tarix…
8 noyabr 2020-ci il, Qarabağa qovuşduğumuz  gün. Bu Böyük  Qələbə Günüdür! Şanlı tariximizə daxil olan Zəfər günüdür!. Qarabağ münaqişəsinə xalqımızın zəfəri ilə NİDA! qoyduğu gündür.  

 

44 günlük Vətən müharibəsi Ali Baş Komandanın, Azərbaycan Ordusunun, xalqımızın zəfəri ilə başa çatdı. 44 günlük haqq savaşımız Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı. Bu qələbəni Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, müzəffər Ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, müqəddəs, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazandıq... Bu qələbəni “Vətən sağ olsun!” deyib Vətən uğrunda şəhid olan balasının tabutuna girən ananın, həyat yoldaşının nəşinə çiyin verən gənc qadının timsalında xalqın kükrəyən qeyrət hünəri ilə qazandıq.

Azərbaycan ordusu canı-qanı bahasına Ermənistan ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Öz ata-baba ocağımız, doğma torpaqlarımız tarixi sahibinə qayıtdı. Bir qanadı yaralanmış qartala bənzər xəritəm bu gün öz bütövlüyünə qovuşdu.

Biz yağı düşmənin üstümüzə atdığı ləkəni təmizlədik, biz qamətimizi düzəltdik, biz 30 ildir itirdiyimiz dəyərləri özümüzə qaytardıq, Şanlı zəfərimiz yolunda tarixdə görülməmiş birlik və dəyanət nümayiş etdirən xalqımız bu yolda canından keçmiş  şəhidlərimizin rəşadəti  qarşısında  baş əyir, onların xatirəsini hər zaman uca tutacaq. 

Vətənpərvərlik - Vətənini, dövlətini, xalqını, millətini sevməkdir. Onun inkişafına çalışmaqdır. Vətən ürəkdə başlayıb, şəhadətlə bitər. Vətənpərvərlik Vətəninin çağırışlarına cavab verməkdir.

AMEA Dendrologiya İnstitutu bu  xatirəni əziz tutaraq bir neçə silsilə tədbirlər keçirtməkdə davam edir.

44 gün ərzində qətiyyətli Ali Baş Komandanın rəhbərliyi sayəsində Müzəffər Azərbaycan Ordusunun şücaəti ilə böyük qələbə salnaməsinin qazanıldığı tarixə həsr olunan Zəfər günü ilə əlaqədar, vətənə məhəbbət hisslərinin yüksəldilməsi, uzun illər həsrətində olduğumuz Vətən torpağının səfalı yaylaqlarını, meşələrini, İkinci Qarabağ Müharibəsində rəşadətli ordumuzun şanlı Qələbəsində göstərdikləri şücayəti nümayiş etdirmək məqsədi ilə AMEA-nın Dendrologiya İnstitutunda gənc rəssamların foto və əl işlərindən ibarət “Xarıbülbül” mövzusunda Respublika rəsm müsabiqəsi keçirilmişdir.

Vətən müharibəsində qazanılmış Zəfər təntənəsinin tarixi gününə həsr olunan Zəfər tv kanalımız fəaliyyətə başladı. Verliş çərçivəsində Vətən uğrunda, torpaqlarımızın azad olunmasında göstərdiyi qəhrəmanlığa görə qazi və şəhidlərimizə həsr olunmuş silsilə verlişlər hazırlanır və nümayiş etdirilir.  

Zəfərin ilk yayımında illərlə kimsəsiz qalan, təhqir olunan, dağıdılan, ancaq hər daşı bir tarix danışan abidələrimizi, irsimizi, dəyərlərimizi Qarabağ torpaqlarındakı mövcud olan və bütün dünyada nadir ağac növlərinin bitdiyi meşə sərvətlərimizi vəhşicəsinə istismar edən erməni terrorundan bəhs edildi.

Şanlı qələbədən sonra AMEA-nın alim və tədqiqatçıları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri ilə birgə Zəngilan rayonunun ermənilər tərəfindən amansızcasına talan edilən meşələrinə dəymiş zərərin öyrənilməsi məqsədilə əraziyə baxış keçirmişlər. Monitorinqin nəticələrindən bəhs edən “Böyük qayıdış” başlığı altında daha bir verliş işıq üzü görmüşdür. Verlişdə işğaldan azad olunmuş təbiət abidələrimizdən, meşələrimizdən və gələcəkdə həmin ərazilərdə bərpa işlərinin aparılacağından danışılmışdır.

Azərbaycan xalqı öz Ali Baş Komadanı ilə həm hərbi, siyasi, beynəlxalq diplomatiya sahəsində həm də mədəni irsimizin qorunub saxlanılmasında, onun inkişaf etdirilməsində də öz layiqli sözünü deyib və deyəcəyikdir. Xalqımızın birliyi, bərabərliyi, yenilməzliyi sayəsində Azərbaycanın Ermənistan tərəfindən işğala məruz qalmış ərazilərində məhvə məhkum edilən mədəniyyət abidələrimiz, əvəzolunmaz milli sərvətimiz yenidən bərpa ediləcək. Biz Qarabağın baş tacı olan Şuşamızı, öz tarixi mədəni abidələrimizi, milli mənəvi dəyərlərimizi dirçəldəcək, yenidən inkişaf etdirəcəyik.

Qazilələ keçirilən görüş və tədbirlər çəçivəsindən milli mədəni irsimizi, tariximizi ənənələrimizi millətimizə geri qaytaran və yenidən qazandıran Ağdamımız, Kəlbəcərimiz, Laçınımız uğrunda döyüşən Şuşa cəngavərlərimiz 11 medalla təltif olunmuş qazimiz Elmir Əhmədov, Murad Allahverdiyiev kollekivimizin qonağı oldular.

Vətən üçün yaşanılan ömürlər unudulmur...
Şəhidləri unutmuruq...

Şəhidi olmayan torpaq müstəmləkədir. Hər birimiz Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda qəhrəmanlıqla vuruşan, xalqımızın azadlığını hər şeydən uca tutan, bu yolda həyatını qurban verərək ən uca zirvəyə - şəhidlik məqamına ucalanların xatirəsini anmağa həmişə borcluyuq. Çünki ərazi bütövlüyü, toxunulmazlığı uğrunda canından keçən Vətən övladları sonsuz sevgi, məhəbbət və ehtirama layiqdirlər.

Zəfər tv növbəti yayımını tariximizin əbədi Qəhrəmanlıq salnaməsinə çevrilən, yüzlərlə şəhidimizin qanı ilə yazılan şəhidlərimizin Anım gününə həsr edildi. Azərbaycan xalqının başını uca edən Vətənimizin ərazi bütövlüyü, namus və ləyaqətimiz uğrunda mübarizəyə qatılmış cəsur fədailərin ailələri Şəhid Polkovnik leytinant Ramiz Qasımovun ailə üzvüləri, Şəhid Əsgər Novruzov Rəşadın ailəsi, Şəhid əsgər Məmmədzadə Bəhram, Məmmədzadə İnam qardaşlarının atası, Qazi Zamanov Əfqan verlişin qonaqları olublar.

Ölkəmizi inkişaf etdirmək, xain qəsdlərdən qorumaq həm də özümüzə xidmətdir. Vətən də, gələcəyin əsgərləri olacaq uşaqlar da bizimdir. Biz hər birimiz odu-ocağı, Vətəni sevməyi və sevdirməyi bacarmalıyıq. Mən də müstəqil Azərbaycanın övladı olmaqdan qürur duyuram. Bu dövləti sevməyi, sevdirməyi, təbliğ etməyi özümə ən böyük borc bilirəm.

Şəhidlərin qanı bahasına əldə edilən qələbənin bu gün həyatımızda oynadığı əsas roldan və onların göstərdikləri unudulmaz igidliyin xüsusi əhəmiyyətindən sözaçan Şəhid ailələri ürək dağlayan xatirlələrini qürurla, sevgilərlə, kövrəkliklə verlişdə bölüşdülər.

Ölkəmizi inkişaf etdirmək onu xain qəsdərdən qorumaq həmde özümüzə xidmətdir.  Vətəndə gələcəyin əsgəri olan uşaqlarda bizimdir.  Biz hər birimiz odu ocağı  vətəni sevməyi və sevdirməyi bacarmalıyıq. Mənde mustəqil azərbaycanın övladı olmaqdan qürur duyuram . Bu dövləti sevməyi sevdirməyi təbliq etməyi özümə borc ən böyük bilirem.  

Bəli “Şəhidlər vurulan zaman ölmür, unudulan zaman ölür ”Şəhidlərimizi yaşadan oğul  və qızlar heç vaxtı Şəhidiləri unutdurmayacaq.

Şəhid adı ucadan-uca addır, Vətənpərvərlik, cəsurluq, qəhrəmanlıq, igidlik, ölməzlik, əbədilik zirvəsidir. Bu zirvədə Vətən, torpaq, xalq üçün canından keçən cəsur, qəhrəman, igid oğullarımız dayanır. Vətənpərvərliyin ən ali məqamına – şəhidlik zirvəsinə yüksələnlərin, bu şərəfi daşıyanların xatirəsi daim anılır, ehtiramla yad edilir.

Şəhidlərin davamçısı varsa, xatirələri hər yerdə anılırsa, deməli, onlar ölməyib, ürəklərdə daim yaşayırlar.  Vətən sevgisindən keçib Şəhidlik zirvəsinə ucalan bu şərəfli yola hələ körpə olarkən qəhrəman bir Ananın öyüdü, xeyir-duası ilə çıxan şəhidlikləri ilə bizə qələbə sevinci yaşadan bu oğullarımızı daim qəlbimizdə yaşatmaq hər bir vətəndaşın müqəddəs borcudur! Bəli! Torpaq Şəhid qanı ilə yoğrulanda Vətən olur! Bu torpağı bizə Vətən edən, onu bizə sevdirən bütün Şəhidlərimizin əziz xatirələrini dərin ehtiramla yad edir və bir daha qeyd edirəm ki, onlar bizim fəxrimiz,qürur yerimizdirlər!

Qalibiyyət simvolunun rəmzi kimi çiynimizə qaldırdığımız kamera Şəhidlərimizin anım günlərini də öz xatirə lentinə köçürür.

Zəfər Tv Oktyabr 2-də  Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə düşmənə qarşı mübarizə apararaq şəhid olan Azərbaycan Ordusunun kapitanı Vüqar Nəcəfov və Daxili qoşunların giziri Abdurahmanlı Sübhan Mahir oğlunun anım günlərində xatirələrinə həsr olunmuş reportajlar hazıranıb ictimaiyyətə çatdırılıb.

Vətən- ata - baba əmanətidir Vətən- qəlbimizdəki ən uca zirvə olan bayrağımızdır. Vətən - Hicranın qoynunda əsir düşüb vüsalını gözləyib, 30 ildən sonra azadlığa çıxan Qarabağımızdır. Vətən- qəlbimizdəki əbədi imzadır. Yüksək vətənpərlik ruhu, yenilməz ordusu olan rəşadətli xalqımız bir daha məğlubiyyət yaşamayacaq. Azərbaycan ərazisində ikinci erməni dövləti yaradılmayacaq! Torpaqdan pay olmaz, can candan ayrılmaz. Bu gün mübarizəmizin mənası, qayəsi bütöv Azərbycandır.

Azərbaycan xalqı öz liderinin, Müzəffər Ali Baş Komandanının ətrafında sıx birləşib. Qarabağda üçrəngli bayrağımız altında neçə-neçə nəsillər məsud və azad yaşayacaq. 

Vətənimizin qüruru, xalqımızın mərd, igid Şəhidləri! Artıq sizi bütün Azərbaycan xalqı tanıyır və sizin ruhunuz qarşısında baş əyir!  Sizin ruhunuz qarşısında and içirik ki, əlimizdə bayraq sizin yolununuzun davamçısı olacayıq! 

 

Azərbaycan – mayası nur , qayəsi nur ki ,

Hər daşından alov dilli ox ola bilər .

Azərbaycan deyiləndə ayağa dur ki ,

Ana yurdun ürəyinə toxuna bilər !!!

Yaşasın Azərbaycan ordusu!

Yaşasın Azərbaycan xalqı!

Yaşasın Ali Baş Komandan cənab İlham Əliyev!