Xəbərlər
24.11.2021 - 14:50
AMEA RİYAZİYYAT VƏ MEXANİKA İNSTİTUTUNUN ƏMƏKDAŞLARININ ÜÇÜNCÜ DƏFƏ (BOOSTER DOZA) VAKSİNASİYASI HƏYATA KEÇİRİLİB

Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları ölkəmizdə gedən vaksinasiya prosesində fəal iştirak edirlər.
Belə ki, Azərbaycan Respublikasının Baş naziri cənab Əli Əsədovun imzası ilə daxil olmuş 11/829 nömrəli məktubun icrası ilə əlaqədər COVİD-19 infeksiyasına qarşı 2021–ci ilin 23 noyabr tarixində Həmkarlar Təşkilatının sədri, dosent İradə Mirzəzadənin təşkilatçılığı ilə Kliniki Tibbi Mərkəzdə (Semaşko) əməkdaşların vaksinasiyası həyata keçirilib.