Xəbərlər
27.12.2021 - 13:50
MİKROBİOLOGİYA İNSTİTUTUNUN ƏMƏKDAŞLARI QAZİLƏRİMİZİ ZİYARƏT EDİBLƏR

AMEA-nın Mikrobiologiya İnstitutunun Həmkarlar Təşkilatı tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralanan 30 qazi ailəsi evində ziyarət olunub.

Ziyarət zamanı onların müalicələri ilə maraqlanılıb, Yeni il münasibəti ilə sovqatlar paylanılıb, bayramları təbrik edilib.

Görüşdə 44 gün davam edən Vətən müharibəsində qazanılan tarixi qələbənin ilk növbədə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan ordusunun qəhrəman əsgər və zabitlərinin böyük rəşadətinin təntənəsi olduğu vurğulanıb.