Xəbərlər
30.12.2021 - 11:00
AMEA-NIN DENDROLOGiYA İNSTİTUTUNUN AZTƏMİNATLI ƏMƏKDAŞLARINA YENİ İL BAYRAMI MÜNASİBƏTİLƏ BAYRAM SOVQATI PAYLANIB

İnstitutun baş direktoru AMEA nın müxbür üzvü Tofiq Məmmədov tədbiri açaraq, elmi-tədqiqat müəssisəsinin əməkdaşlarını bayram münasibəti ilə təbrik edərək xoş arzularını diqqətə çatdırıb. Baş direktor qarşıdan gələn yeni ilin sevinc və uğur dolu olmasını diləmiş, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əhəmiyyətindən söhbət açmışdır.
Daha sonra Həmkarlar İttifaqı Komitəsinin sədri Tünzalə Zeyvəliyeva 31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü və 2022-ci ilin daxil olması münasibəti ilə İnstitut kollektivi ilə yanaşı bütün Azərbaycan xalqını təbrik etdi.
Çıxışında T.Zeyvəliyeva yardım aksiyasının həyata keçirilməsində göstərdiyi dəstəyə görə AMEA-nın Azad Həmkarlar İttifaqının sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanova öz təşəkkürünü bildirib.
Tədbirin sonunda Dendrologiya İnstitutunun Həmkarlar İttifaqı Komitəsinin sədri tərəfindən qarşıdan gələn Yeni il bayramı münasibət ilə sözügedən müəssisənin 118 sosial vəziyyəti aşağı olan əməkdaşına bayram sovqatı paylanıldı.
Yardım göstərilən ailələr diqqət və qayğıya görə AMEA-nın Azad Həmkarlar İttifaqına və Həmkarlar İttifaqı Komitəsinə minnətdarlıqlarını ifadə ediblər.