Xəbərlər
21.01.2022 - 15:06
ZƏFƏR TV 20 YANVAR ŞƏHİDLƏRİN 32 – Cİ İLDÖNÜMÜ İLƏ ƏLAQƏDAR ŞƏHİDLƏR XİYABANINDA REPOTAJ HAZIRLAYIB.

Çəkiliş zamanı Gənc Qazilər İctimai Birliyinin sədri II qrup əlil Vəliyev Hacı Zəfər TV-yə müsahibə verib. Hacı Vəliyev haqqın, ədalətin müdafiəsi yolunda canlarını qurban vermiş vətən övladları şəhidlik zirvəsinə ucalmaqla xalqımızn qəhrəmanlıq tarixinə yeni, parlaq səhifələr yazan şəhidlərimizdən söhbət açıb. Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 32 il keçir. Xalqımız indiyədək bu faciənin ağrı-acısı ilə yaşayır. Azərbaycanın azadlıq və müstəqilliyinə doğru gedən yolun başlanğıcı olan 20 Yanvar faciəsi məhz bu səbəbdən ümümxalq hüzn günü olmaqla yanaşı, eyni zamanda xalqımızın şərəfli qəhrəmanlıq tarixi kimi də xatırlanır və həmişə xatırlanacaqdır.
Xalqımıza qarşı törədilən Qanlı Yanvar faciəsinin gələcək nəsillər arasında təbliğ edilməsində ictimaiyyət mediya nümayəndələrinin rolu daha aktiv olmalıdır. Xalqımızın başına gələn faciələr, törədilən cinayətlər heç vaxt unudulmamalıdır.
Zəfər Tv müstəqillik, azadlıq qurbanlarımızın əziz xatirəsi yüksək ehtiramla yad edir.