Xəbərlər
05.03.2022 - 13:01
MUZEYDƏ 8 MART – BEYNƏLXALQ QADINLAR GÜNÜ MÜNASIBƏTİLƏ TƏDBİR KEÇİRİLİB.

Milli Azərbaycan Tarixi Muzeyində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə  tədbir keçirilib. Tədbirdə Muzeyin Baş direktoru, akademik Nailə Vəlixanlı, Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin müdiri, Qadınlar Şurasının sədri t.ü.e.d. Nərgiz Əliyeva, elmi katib, t.ü.f.d. Sevinc Nəsirova qadın əməkdaşları təbrik edib, onlara can sağlığı, ailə səadəti və işlərində uğurlar arzulayıblar. Nailə xanım qeyd edib ki, Azərbaycan elminin inkişafında qadınların rolu böyükdür. Muzeyin çoxluq təşkil edən qadın əməkdaşları öz üzərlərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirirlər. Muzeyin fəaliyyətində, əldə etdiyi uğurlarda onların zəhməti, əməyi danılmazdır. 

Tədbirdə muzeyin icraçı direktoru, t.ü.f.d., dosent Fərhad Cabbarov tərəfindən muzeyin bir qrup əməkdaşı işindəki uğurlarına görə Fəxri fərmanla təltif olunmuşdur.

Muzeyin Həmkarlar Təşkilatının sədri İnarə Muradəliyeva və üzvləri öz xoş arzularını bildirib və muzeyin qadın əməkdaşlarına hədiyyələr təqdim ediblər.