Xəbərlər
08.03.2022 - 09:00
AMEA AZAD HƏMKARLAR İTTİFAQI 8 MART - BEYNƏLXALQ QADINLAR GÜNÜ KEÇİRİB.

Beynəlxalq Qadınlar Günü Azərbaycanda geniş qeyd edilir. Azərbaycan müstəqillik əldə etdikdən sonra da 8 Mart - Beynəlxalq Qadınlar Günü ölkədə qeyri-iş günüdür. Bu gün Azərbaycan qadınlarının həyatımızın bütün sahələrində- istər siyasət, istər iqtisadiyyat, istərsə də mədəniyyət sahələrində uğurlu fəaliyyəti zərif cinsin nümayəndələrinin necə böyük bir qüvvəyə sahib olduqlarının təsdiqidir. Qadınlar elm sahəsində aktiv iştirak edir, çalışdıqları strukturlara öz töhfələrini verirlər. Hazırda institutların və böyük elmi-tədqiqat qruplarının rəhbəri kimi alim qadınlara dünyada çox yerdə rast gəlmək mümkündür, ixtiraçı-qadınlar, mühəndis-qadınlar, müxtəlif “ilklər”ə imza atan qadınlar həyatımızı sürətlə dəyişməkdədirlər.

Bu gün respublikamızda dövlət qadın siyasəti, Ulu öndər Heydər Əliyevin bu istiqamətdə əsasını qoyduğu ənənələr ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Prezident İlham Əliyev qadınların cəmiyyətdəki roluna və yerinə, onların dövlət idarəçiliyində təmsil olunmalarına, irəli çəkilmələrinə diqqətlə yanaşır. Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir.

Bu əlamətdar gün münasibəti ilə AMEA Azad Həmkarlar İttifaqının sədri professor H.Qurbanov təşkilatın qadın əməkdaşlardan ibarət aparat işçilərini 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik etdi və hədiyyələr təqdim etdi. Bundan başqa AMEA Azad Həmkarlar İttifaqının ilk təşkilatlarından Riyaziyyat və Mexanika, Fizika, Kataliz və Qeyri üzvü Kimya, İnformasiya Texnologiyaları, Arxeologiya, Etnoqrafiya və Antropologiya, Fəlsəfə və Sosiologiya, Radiasiya Problemləri, Torpaqşünaslıq və Aqrokimya, Memarlıq və İncəsənət, Neft və Qaz, Zoologiya, Tarix, Şərqşünaslıq, Milli Azərbaycan Tarixi Muzey, Fiziologiya, Geologiya və Geofizika, Coğrafiya İnstitutları, Respublika Seysmoloji Xidmət Mərkəzi, Rəyasət Heyəti, Şəki Regional Elmi Mərkəzinin Həmkarlar Təşkilatlarının sədrləri təşkilatlarında çalışan qadınları hədiyyələrlə təbrik etdilər, xanım əməkdaşlara fəaliyyətində uğurlar arzuladılar.