Xəbərlər
04.03.2015 - 11:00
8 mart – Beynəlxalq Qadınlar Gününə həsr edilmiş mərasim keçirildi.

Martın 4-də AMEA Azad Həmkarlar İttifaqının təşkilatçılığı ilə 8 mart – Beynəlxalq Qadınlar Gününə həsr edilmiş mərasim keçirildi. Tədbirdə AMEA-nın Azad Həmkarlar İttifaqının ilk təşkilatlarının qadın sədrləri iştirak edirdi. Azad Həmkarlar İttifaqının sədri, professor İsa Alıyev və sədr müavini İsaxan Vəliyev akademiyanın ictimai-mədəni həyatında fəallığı ilə seçilən qadın əməkdaşları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik etdi. Cəmiyyətdə və ailədə qadınların rolundan danışan İ.Alıyev onların mənəvi dayaq olduqlarını söylədi. Vurğuladı ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində bu gün qadınlara ictimai həyatın bütün sahələrində bərabər imkanlar yaradılmışdır. Qadınların bütün sahələrdə kişilərlə bərabər geniş təmsil olunmaları ölkəmizdə dövlət səviyyəsində onlara göstərilən ehtiramın və diqqətin bariz nümunəsidir. Sonra İ.Alıyev qadınlara həsr etdiyi şeirini səsləndirdi. Sonda qadın əməkdaşlara hədiyyələr təqdim edildi.