Xəbərlər
18.03.2022 - 12:31
AMEA DENDROLOGİYA İNSTİTUTUNDA NOVRUZ BAYRAMI İLƏ ƏLAQƏDAR ŞƏNLİK TƏŞKİL OLUNUB

Dendrologiya İnstitutu Həmkarlar İttifaqı Komitəsinin sədri Tünzalə Zeyvəliyevanın təşəbbüsü və təşkilatçılığı ilə Baharın gəlişi və Novruz bayramı şənliyi keçirilib.
Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi yad edildikdən sonra İnstitutun həyətində Novruz tonqalı alovlandırılaraq şənliyin açılışı olub.
İnstitut kollektivi tədbirdə tonqal ətrafında dövrə vuraraq rəqs edib, maraqlı konsert proqramı ilə çıxış ediblər. Bayram şənliyi İnstitut kollektivinin böyük sevincinə səbəb olub.