Xəbərlər
18.03.2022 - 14:39
ELM TARİXİ İNSTİTUTUNDA NOVRUZ BAYRAMI MÜNASİBƏTİ İLƏ TƏDBİR KEÇİRİLİB

Tədbir ETİ Həmkarlar Komitəsinin sədri Aynur Nəzərova, komitə üzvləri – Aynurə Kərimova, Röya Mirzəbəyova, Solmaz Namazovanın xüsusi təşəbbüsü ilə baş tutub.

Tədbiri giriş sözü ilə açan ETİ-nin Baş direktoru, tarix elmləri doktoru, professor Məryəm Seyidbəyli bildirilib ki, cari ildə İnstitutda beynəlxalq elmi əlaqələrin genişləndirilməsi, elmi tədqiqat fəaliyyətinin əlaqələndirilməsi, elmi tədqiqatların ölkəmizin sosial-iqtisadi problemlərinin həllində rolu, milli dövlətçiliyimizin möhkəmləndirilməsi, ölkəmizin beynəlxalq nüfuzunun artırılması və digər istiqamətlərdə əhəmiyyətli işlər görülmüş, elmin inkişafı üçün mühüm tədbirlər həyata keçirilmişdir.

M.Seyidbəyli çıxışının sonunda həm uğurlu hesabat ili, həm də Novruz Bayramı münasibəti ilə İnstitut əməkdaşlarını təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar diləyib. 

Sonra Aynur Nəzərova çıxış edərək, elmi nailiyyətlərlə zəngin olan ilin uğurlarına görə həmkarlarını təbrik edib, rəhbərlik etdiyi Həmkarlar Komitəsinin təşkil etdiyi bayram sovqatlarını İnstitut əməkdaşlarına təqdim edib.