Xəbərlər
18.03.2022 - 15:00
ƏDƏBİYYAT İNSTİTUTUNUN ƏMƏKDAŞLARINA BAYRAM HƏDİYYƏSİ PAYLANILIB

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Həmkarlar Təşkilatı Novruz bayramı münasibəti ilə əməkdaşlara bayram hədiyyəsi paylayıb.

AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli bayram münasibətilə əməkdaşları təbrik edərək bir sıra alimlərə bayram sovqatını təqdim edib. İnstitutun əməkdaşlarından Nüşabə Araslı, Qəzənfər Paşayev, Tehran Mustafayev, Qurban Bayramov, Məhərrəm Qasımlı, Mahirə Quliyeva, Tahirə Məmməd, Mənzər Niyarlı və digərlərinə bayram hədiyyələri təqdim olunub.

Ədəbiyyat İnstitutun Həmkarlar  Təşkilatının sədri, institutun Təhsil şöbəsinin müdiri, sosiologiya üzrə fəlsəfə doktoru Samir Səttarov və şöbənin əməkdaşları hədiyyələrin digər işçilərə də paylanılmasını təmin ediblər.