Xəbərlər
17.03.2022 - 14:12
AMEA NƏSİMİ ADINA DİLÇİLİK İNSTİTUTUNUN QADIN ƏMƏKDAŞLARINA 8 MART HƏDİYYƏLƏRİNİN TƏQDİM OLUNMASI VƏ İNSTİTUTUN BÜTÜN ƏMƏKDAŞLARINA NOVRUZ SOVQATLARININ PAYLANMASI

2022-ci il mart ayında AMEA Nəsimi adına Dilçilik İnstitutunun qadın əməkdaşlarına institutun Həmkarlar Təşkilatı tərəfindən 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Paşabahca  firmasının istehsalı olan meyvə qabları hədiyyə edilmişdir. Hədiyyə qadın əməkdaşların sevincinə səbəb olmuş və onlar institut Həmkarlar Təşkilatının sədrinə və üzvlərə öz təşəkkürlərini bildirmişlər.

2022-ci ilin mart ayının 17-si isə Dilçilik İnstitutunun əməkdaşlarına xalqımızın əziz milli bayramı olan Novruz münasibəti ilə hər birinə hədiyyə kartları paylanmışdır.

Tədbirlər Dilçilik İnstitutunun Həmkarlar Təşkilatı tərəfindən həyata keçirilmişdir. Dilçilik İnstitutunun rəhbərliyi, o cümlədən bütün əməkdaşları AMEA Həmkarlar İttifaqının rəhbərliyinə və institutu Həmkarlarlar Təşkilatına öz təşəkkür və minnətdarlıqlarını bildirmişlər.