Xəbərlər
25.04.2022 - 13:40
AMEA ZOOLOGİYA İNSTİTUTU ƏMƏKDAŞLARINA BAYRAM SOVQATI PAYLANIB

AMEA Zoologiya İnstitutunun Həmkarlar Təşkilatı tərəfindən qarşıdan gələn Ramazan bayramı münasibətilə İnstitutda çalışan 210 əməkdaşa ərzaq yardımı bayram sovqatı paylanıb.

İnstitutun Həmkarlar Təşkilatı sədri Gülnarə Aslanova əməkdaşlara sovqat paylarını təqdim edərək, müqəddəs Ramazan bayramı münasibəti ilə hamını təbrik edib.