Xəbərlər
08.06.2022 - 15:16
AMEA AHİ SƏDRİ SERBİYANIN ZLATİBOR ŞƏHƏRİNDƏ KEÇİRİLƏN BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK EDİB

AMEA-nın Azad Həmkarlar İttifaqının sədri, h.ü.e.d., professor Habil Qurbanov 01.05-06.05. 2022-ci il tarixlərində Serbiya Respublikasının Zlatibor şəhərində keçirilən Beynəlxalq konfransda iştirak etmişdir. Beynəlxalq Cinayət Hüququ Assosisiyası tərəfindən təşkil olunmuş bu konfransda 20 ölkənin tanınmış alimləri iştirak edirdi.

Beynəlxalq cinayət qanunuvericiliyinin problemlərinə həsr olunmuş bu konfransda professor H.Qurbanov “Beynəlxalq səviyyədə insan hüquqlarının bərabərliyinin təmin edilməsi problemləri cinayət mühakiməsinin orbitində” mövzüsunda çıxış etmişdir. Konfransın materialları toplum formatda işıq üzü görmüşdür.

Konfransdan sonra professor H.Qurbanov Beynəlxalq Cinayət Hüququ Assosiyasının Prezidenti, professor Sreto Noqo ilə Belqrad şəhərin Mərkəzi Parkında yerləşən, Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmişdir.